Ermənistan Müdafiə Nazirliyinin 131 əməkdaşı həbs olunub

Ötən il Ermənistanda dövlət məmurlarının yol verdikləri dələduzluq hallarına görə 189 material araşdırılıb ki, bu da 2017-ci illə müqayisədə 23,6 dəfə çoxdur.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun 2018-ci ildə korrupsiyaya qarşı mübarizə üzrə illik hesabatında bildirilib.
Rəsmi şəxslərlə bağlı cinayət işləri daha çox dələduzluq faktları üzrə açılıb. Ötən il Ermənistanın dövlət məmurlarının dələduzluğuna dair 145 cinayət işi başlanıb. Bu da 2017-ci illə müqayisədə 29 dəfə çoxdur. Bəhs edilən cinayət işi ilə əlaqədar 2018-ci ildə 63 nəfər qarşı 206 cinayət işi başlanılıb ki, bu 2017-ci illə müqayisədə 3,5 dəfə çoxdur.
Dələduzluq cinayətləri üzrə 13 rəsmi şəxsin işi məhkəməyə göndərilib. Bu isə bir il əvvəllə müqayisədən 85,7 faiz çoxdur.
2018-ci ildə xidməti vəzifəsindən sui-istifadə edərək dövlət əmlakının mənimsənilməsi üzrə 447 material hazırlanıb. 2017-ci ildə isə bu rəqəm 377 olub.
Dövlət əmlakının mənimsənilməsi işi üzrə 487 cinayət işi araşdırılıb, 171 nəfər cinayət məsuliyətinə cəlb edilib. Bu göstərici 2017-ci illə müqayisədə 2 dəfə çoxdur.
2017-ci ildə səlahiyyət həddinin aşma maddəsi üzrə 67 cinayət işi başlanılıb. Ötən il isə bu rəqəm 164 material olub. 2018-ci ildə 3 iş bu ittiham üzrə məhkəməyə göndərilib, amma 2017-ci ildə bir iş belə bu ittiham üzrə məhkəməyə təqdim edilməyib.
Baş Prokurorluq bildirib ki, 2017-ci ilə müqayisədə korrupsiya üzrə cinayət işlərinin sayı 2018-ci ildə 3,6 dəfə artıb. Nəticədə dövlətə 9,4 milyon dollar ziyan vurulub.
Rüşvətxorluq və bu cinayətdə vasitəçilik üzrə 2018-ci ildə 197 cinayət işi başlanılıb, bir il əvvəl isə bu rəqəm 63 olub. Bu iş üzrə ötən il 153 cinayət işi başlanıb, 2017 ildə isə bu 57 iş təşkil edib. Ötən hesabat ilində oxşar cinayətlər üzrə 282 iş (2017-c ildə 148) araşdırılıb.
Ötən il Ermənistan Polisinin 17, Dövlət Gəlir Komitəsinin 14, İstintaq Komitəsinin 10, Milli Təhlükəsizlik Xidməti və Ermənistan Silahlı Qüvvələrinin 4, Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələrinin 15, səhiyyə sahəsinin 14, təhsil sahəsinin 35, Sosial Təminat Nazirliyinin 56, yerli özünüidarəetmə orqanlarının 73, Müdafiə Nazirliyinin 131 əməkdaşı həbs olunub.
Bakı nəqliyyatında inteqrasiya olunmuş mobillik sistemi genişlənir
Hava limanına da qatarla gedə biləcəyik - AÇIQLAMA
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb - FOTO - VİDEO
Əlli faiz artım narazılıq YARATDI – Taksiçilər çətin vəziyyətdə
Azərbaycandan digər istiqamətlərə qatar reysləri bərpa ediləcək? - VACİB AÇIQLAMA
Bakı sakinlərinə ŞAD XƏBƏR: Tıxac problemi həll olunur
Tbilisiyə lüks vaqonda getmək istəyənlər 180 AZN ödəyəcək - Bütün qiymətlər açıqlandı - FOTO
Bakının infrastrukturu belə tədbirlərin təşkilatçılığına imkan yaradır – Braziliyalı MÜTƏXƏSSİS - FOTO
Foruma gələn çinli turist Bakıda yaşamaq istəyir - FOTO
Əlçatan və yaşanabilən mənzil siyasəti bütün ölkələrin gündəmi olmalıdır – Nigeriyalı turist - FOTO
Azərbaycan mediası forumda peşəkarlıq nümunəsi göstərir – Azər Ayxan - FOTO










