Ermənistan tərəfi Azərbaycan hərbçisini Bakıya qaytaracaqmı?

"Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin yaxın vaxtlarda heç bir qarşılıqlı addım gözlənilmədən, "xoşməramlı jest" kimi Bakıya təhvil verilməsi ehtimalı var".
Avtosfer.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu fikri erməni vəkil Ovannes Xudoyan irəli sürüb.
Hüquqşünasın sözlərinə görə, hadisənin təfərrüatını və irəli sürülən ittihamların reallığa nə dərəcədə uyğun olduğunu qəti şəkildə qiymətləndirmək üçün hələ tezdir. Xudoyan istintaqın ilk günlərində yayılan ziddiyyətli məlumatlara diqqət çəkib.
Vəkil hesab edir ki, mövcud vəziyyət nəzərə alınmaqla, hərbçiyə adam öldürməyə cəhdə qədər daha ağır maddələrlə ittihamlar verilə bilərdi. Bununla yanaşı, o, əsgərin yolu azaraq, yoxsa qəsdən sərhədi keçdiyinin istintaq gedişində tam aydınlaşacağını vurğulayıb.
Xudoyanın fikrincə, hərtərəfli araşdırmanın hələ aparılmadığı ilk gündə insidentlə bağlı bəzi məlumatların ictimailəşdirilməsi müəyyən şübhələr yaradır. O, baş verən hadisəyə görə yalnız Azərbaycan hərbçisinin deyil, eyni zamanda sərhəd pozuntusunun qarşısını almalı olan şəxslərin də məsuliyyət daşıdığını bildirib.
"Həm Azərbaycan hərbçisi, həm də bunu əngəlləməli olub vəzifəsini icra etməyənlər günahkardır", - deyə o qeyd edib.
Vəkilin sözlərinə əsasən, hərbçinin əməllərinə verilən hüquqi qiymət gələcəkdə dəyişə bilər: hazırda daha yüngül ittiham irəli sürülsə də, sonradan bu, daha ağır maddə ilə əvəzlənə bilər. O, istintaq prosesinin davam etdirilməsinin və hərbçiyə qarşı qanunvericilikdə nəzərdə tutulmuş ən sərt maddənin tətbiq olunmasının tərəfdarı olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












