Ermənistan üçün çıxış yolu, Azərbaycan üçün yeni tərəfdaşlıq mərhələsi - ABŞ-dən tarixi səfər

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Ermənistan və Azərbaycana səfəri regionda baş verən geosiyasi proseslər fonunda xüsusi diqqət çəkir. Hətta erməni siyasi ekspert Samvel Meliksetyan bu səfəri yüksək qiymətləndirərək indiyədək ABŞ tərəfindən Cənubi Qafqaz ölkələrinə bu səviyyədə rəsmi səfər olmadığını vurğulayıb. Bu fakt isə səfərin həm siyasi, həm də simvolik baxımdan əhəmiyyətini daha da artırır.
Son illər Cənubi Qafqazda güc balansının dəyişməsi, Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanması və regionun beynəlxalq nəqliyyat-enerji layihələrində artan rolu ABŞ-nin diqqətini bu coğrafiyaya daha çox yönəldib. Xüsusilə münaqişədən sonrakı dövrdə yaranmış yeni reallıqlar, sülh danışıqları və təhlükəsizlik məsələləri Vaşinqtonun regionda daha fəal iştirakını zəruri edən amillər kimi qiymətləndirilir.
Maraqlıdır ki, bu səfər niyə bu qədər tarixi və vacib sayılır? ABŞ vitse-prezidentinin regiona gəlişi Azərbaycan üçün hansı siyasi və strateji imkanlar yarada bilər?

Məsələ ilə bağlı siyasi ekspert Əziz Əliyev Avtosfer.az-a bildirib ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin səfəri bir çox ciddi nəticələr doğuracaq: “Bu, tarixi nəticələr hesab olunur. Lakin bu səfər Azərbaycan və Ermənistan üçün fərqli nəticələr vəd edir. Çünki Ermənistan hazırda faktiki olaraq həyatda qalma mübarizəsi aparır. Müharibədən sonrakı məğlubiyyət, eyni zamanda Rusiya ilə yaşanan qarşıdurmalar fonunda, gələcəkdə ABŞ-Ermənistan və İran-Ermənistan münasibətlərinin yarada biləcəyi risklər də nəzərə alınarsa bu vəziyyət Ermənistan üçün ciddi problemlər doğurur. Bu baxımdan, sözügedən səfər Ermənistan üçün bir növ xilas forması kimi qiymətləndirilir. Azərbaycana gəldikdə isə ABŞ-la tərəfdaşlıq tamamilə fərqli məzmun daşıyır. Birləşmiş Ştatların Zəngəzur dəhlizi üzərindən əməkdaşlıq formatlarına maraq göstərməsi, eləcə də Prezidentin Amerika Ticarət Palatasının nümayəndələri ilə görüşü, innovativ ixrac məhsullarının ölkəyə gətirilməsi və yüksək səviyyəli iqtisadi münasibətlərin qurulması mühüm əhəmiyyət daşıyır. Bütün bunlar özlüyündə böyük investisiya imkanlarından və strateji müttəfiqlikdən xəbər verir. Qeyd etmək lazımdır ki, bu yanaşma təkcə ABŞ-la münasibətlərlə məhdudlaşmır. Azərbaycan eyni zamanda Çinlə də strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bu isə ölkənin qlobal güclər arasında balansı qoruyub saxladığını deməyə əsas verir”.
Nurcan Babək
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO












