Ermənistandakı sammit region üçün niyə vacibdir? - POLİTOLOQ

Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın mayın 4-də İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirakı regionda gedən siyasi proseslər fonunda mühüm əhəmiyyət kəsb edir.
Avtosfer.az xəbər verir ki, politoloq Elxan Şahinoğlunun fikrincə, bu addım Ankaranın Cənubi Qafqazda sülh və əməkdaşlıq təşəbbüslərinə verdiyi dəstəyin açıq göstəricisidir.

Türkiyə Avropa Siyasi Birliyinin əvvəlki bütün toplantılarında təmsil olunub və İrəvanda keçiriləcək sammitdə də iştirak etməsi bu siyasətin davamı kimi qiymətləndirilməlidir. Ekspertin sözlərinə görə, Ankara regionla bağlı siyasətini hər zaman Bakı ilə koordinasiyalı şəkildə həyata keçirir və bu prinsip dəyişməz olaraq qalır.
Politoloq qeyd edib ki, əgər Ermənistan sammitə qədər Konstitusiyada dəyişiklik edərək sülh müqaviləsinin imzalanmasına hüquqi maneələri aradan qaldırsaydı, Azərbaycan və Türkiyə tədbirdə daha yüksək səviyyədə təmsil oluna bilərdilər. Lakin mövcud şəraitdə hər iki ölkənin tədbirdə fərqli səviyyədə iştirak ehtimalı istisna olunmur.
Onun sözlərinə görə, bu cür platformalar region ölkələri arasında dialoqun qurulması və qarşılıqlı etimadın artırılması baxımından mühüm rol oynayır.
Avropa Siyasi Birliyinin növbəti sammitinin Bakıda keçirilməsi planlaşdırılır. Elxan Şahinoğlu bildirib ki, həmin vaxta qədər Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq və qarşılıqlı rəsmi səfərlər daha adi və davamlı xarakter alacaq.
Eltac Zülfüqaroğlu
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












