Ermənistanın yük maşınları sərhəddən geri qaytarılır

Ermənistanın kənd təsərrüfatı məhsulları Gürcüstan-Rusiya sərhədindəki Lars keçid məntəqəsindən geri qaytarılır. Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, Rusiyaya kənd təsərrüfatı məhsullarını ixrac edə bilməyən yük maşınları kütləvi şəkildə Ermənistana qayıdır. Rusiya Ermənistandan çiyələk, pomidor, bibər, xiyar, göyərti, gül, çəyirdəkli meyvələrin və balıq məhsullarının idxalını müvəqqəti olaraq məhdudlaşdırıb. Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti olan "Rosselxoznadzor" təhlükəsizlik problemləri olduğunu, məhsulların AİB və Rusiyanın fitosanitar tələblərinə cavab vermədiyini açıqlayıb. "Rosselxoznadzor" qeyd edib ki, Ermənistan meyvələrinin Rusiyaya tədarükü zamanı pozuntuların sayı artıb ki, bu da Ermənistanda Kənd Təsərrüfatı Nazirliyinin ləğvinin nəticələrini göstərir. “Rosselxoznadzor”un açıqlamasında qeyd olunur ki, “Ermənistan Respublikasının İqtisadiyyat Nazirliyinin struktur problemləri olduğu və Kənd Təsərrüfatı Nazirliyinin ləğvindən sonra ona həvalə olunmuş vəzifələri yerinə yetirə bilmədiyi güman edilir. Məhdudiyyətlər həmçinin AİB üzv dövlətlərinə tranzit üçün də tətbiq olunur.
Ermənistan Qida Təhlükəsizliyi Təftiş İdarəsi yalnız məhdudiyyətlər başlayandan bəri Rusiya tərəfi ilə danışıqların aparıldığını bildirir. Rusiyaya ixrac məhdudiyyətləri səbəbindən Ermənistan istehsalçılarının artıq nə qədər ziyan çəkdiyi məlum deyil.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












