Ermənistanla münaqişənin həllindən sonra Azərbaycan orta güc konsepsiyasına keçib - Hikmət Hacıyev

Azərbaycan müstəqillik qazandıqdan bəri Orta Dəhliz üzərində işləyir. Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Trans-Xəzər Forumunda onlayn formatda çıxışı zamanı deyib.
O bildirib ki, Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllindən və regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni ölçülər, yeni imkanlar yaranıb və bu yeni coğrafiyalara doğru genişlənib.
"Azərbaycan Cənubi Qafqaz ölkəsidir. Biz, eyni zamanda, Mərkəzi Asiya ailəsinə və Xəzər dənizi bölgəsinə mənsubuq. Azərbaycanın Avropa və Yaxın Şərqə dair kimlikləri var. Bütün bu dəyərlər bir-birinə ziddiyyət təşkil etmir, bir-biri ilə uyğun gəlir. Ermənistanla münaqişənin həllindən sonra Azərbaycan orta güc konsepsiyasına keçib. Bizim üçün orta güc konsepsiyası yalnız ölçü, iqtisadiyyat və əhali ilə ölçülmür. Bu, ölkələrin tərəfdaşlıq şəbəkəsidir", - deyə Prezidentin köməkçisi əlavə edib.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












