Əsir pilot işgəncələrə dözdü ki, tezlik dəyişsin – Şok iddia

Pakistan ordusu tərəfindən əsir götürülən və sonradan azad edilən hind hərbi pilot Abhinandan Varthaman təzyiq və işgəncələrə məruz qalıb. Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Hindustan Tayms” nəşri informasiya yayıb.
Məlumata görə, pilot əsirlikdə olduğu müddətdə Pakistanın bir neçə istintaq qrupu tərəfindən dindirilib. Onlar pilotdan Hindistan Hərbi Hava Qüvvələrinin istifadə etdiyi radio tezlikləri, qırıcıların sayı və dislokasiyası, həmçinin hərbi logistika barədə məlumat almağa çalışıblar. Dindirilmələr zamanı hind pilot saatlarla ayaqda saxlanılıb, otaqda yüksək səslə musiqi dinlədilib, boğulub və hətta döyülüb.
“Bütün hind pilotların qarşısında Hindistan Hərbi Hava Qüvvələrinin 24 saat ərzində tezlikləri dəyişməsinə imkan yaratmaq üçün əsir düşdükləri vaxt mümkün qədər uzun müddət dözmək tapşırığı qoyulur. Abhinandan bu tapşırığı yerinə yetirdi”, - nəşrə danışan mənbə bildirib.
Qeyd edək ki, Pakistan sərhədini pozan 2 Hindistan qırıcısını vurmuş, əsir düşən pilotlardan birini isə iki gün sonra geri qaytarmışdı. Əsir pilotun qaytarılmasından dərhal sonra isə Hindistan tərəfi Kəşmirdə Pakistanın sərhəd-keçid məntəqəsini atəşə tutmuş və biri mülki olmaqla, üç nəfərin ölümünə səbəb olmuşdu.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












