Eskalatordakı hadisə ilə bağlı AAYDA-dan açıqlama

Xəbər verdiyimiz kimi, Bakıda İncəsənət Gimnaziyasının yaxınlığında yeraltı keçiddə bədbəxt hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər xəsarət alıb və xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Baş verən hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Vətəndaşlar iddia edir ki, paytaxt ərazisində mövcud olan eskalatorların əksəriyyti ya işləmir, ya da belə problemlər meydana çıxır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq.
Agentlikdən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxt ərazisində olan yeraltı, yerüstü piyada keçidlərindəki eskalatorlar mütəmadi olaraq yoxlanılır.
Qeyd olunub ki, orada xüsusi nəzarətçilər var ki, onlar hər gün eskalatorlar yoxlayırlar. Əgər hər hansı bir problem varsa, dərhal aidiyyəti üzrə məlumat verilir və qısa müddətdə aradan qaldırmaq istiqamətində addımlar atılır.
"Ötən gün baş verən hadisədə isə eskalatorda hər hansı bir qırılma, sınma hadisəsi qeydə alınmayıb. Orada yalnız hava şəraiti ilə əlaqədar olaraq sensor işə düşüb və sürahi, yəni tutacaq dayanıb. Bu an həmin tutacaqdan tutan vətəndaş müvazinətini itirərək digər vətəndaşlara dəyib. Nəticədə də belə bir xoşagəlməz hadisə baş verib. Amma eskalator işlək vəziyyətdədir. Sadəcə olaraq müvəqqəti olaraq fəaliyyəti hadisə ilə əlaqədar dayandırılıb. Eskalator pilləkən hissəsi tam işlək vəziyyətdədir".
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












