ETSN Bakıda müşahidə olunan qatı dumanın səbəblərini açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda müşahidə olunan qatı dumanın səbəblərini açıqlayıb. Avtosfer.az xəbər verir ki, Nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva “Report”a açıqlamasında deyib ki, Abşeron yarımadası və Bakıda hazırda nisbi rütubət 72-86 faiz təşkil edir.
O qeyd edib ki, dəniz suyunun temperaturu 7,5-8 dərəcə olduğu halda, quruda səhər temperatur cəmi 4 dərəcə isti təşkil edib: "Bununla yanaşı, Abşeron yarımadasında səhər saatlarında əsasən cənub, cənub-şərq istiqamətli külək, dənizdən rütubətli hava kütlələrinin quruya doğru hərəkətini təmin edirdi. Belə ki, rütubətli hava kütlələrinin soyuq yer səthindən keçməsi nəticəsində dumanın yaranması üçün əlverişli şərait olur. Bəzi yerlərdə dumandan çiskin ehtimalı var".
O, həmçinin vurğulayıb ki, martın 6-dan 7-nə keçən gecə və səhər yenidən zəif duman olacağı istisna olunmur.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












