Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT

Ev təsərrüfatlarının uçotu zamanı kompüter, notbuk və planşetlərin sayı, eləcə də internetə çıxış imkanları ilə bağlı məlumatların toplanması ölkədə rəqəmsal imkanların qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu göstəricilər əhalinin texnologiyalardan istifadə səviyyəsini və regionlar üzrə internet əlçatanlığını müəyyən etməyə imkan verir.
Avtosfer.az xəbər verir ki, uçot zamanı internetə çıxışın sabit və simsiz olmaqla iki kateqoriyaya bölünməsi də nəzərdə tutulur.
Bəs toplanacaq məlumatlar regionlar üzrə rəqəmsal bərabərsizliyin müəyyənləşdirilməsinə və internet infrastrukturunun inkişafına necə təsir göstərəcək?
Mövzu ilə bağlı İT(informasiya texnologiyaları) üzrə mütəxəssis Fərid Kazımov Avtosfer.az-a açıqlamasında bildirib ki, bunun əsas məqsədi ölkədə rəqəmsallaşma səviyyəsini daha dəqiq qiymətləndirməkdir:
''BMT və digər beynəlxalq təşkilatların rəqəmsallaşma üzrə müxtəlif qlobal reytinqləri mövcuddur. Bu reytinqlərdə internetə qoşulan qurğuların sayı və onlardan istifadə səviyyəsi də mühüm göstəricilərdən biri hesab olunur. Bu baxımdan, aparılacaq uçot Azərbaycanda mövcud real vəziyyəti müəyyən etməyə imkan verəcək. Belə ki, ölkədə nə qədər kompüter, notbuk və digər elektron qurğunun olduğunu, onların neçəsinin internetə çıxış imkanına malik olduğunu öyrənə biləcəyik. Nəzərə almaq lazımdır ki, bir nəfər eyni vaxtda bir neçə elektron qurğudan istifadə edə bilər. Məsələn, mənim özümün də internetə çıxışı olan üç-dörd elektron cihazım var. Digər vətəndaşlarda da bu vəziyyət müşahidə oluna bilər. Ona görə də bu göstəricilər ölkənin rəqəmsallaşma səviyyəsini müəyyənləşdirmək və beynəlxalq reytinqlərdə mövqeyini qiymətləndirmək baxımından əhəmiyyətlidir''.
Mütəxəssiz qeyd edib ki, toplanacaq məlumatlar regionlar üzrə internetdən istifadə vəziyyətini və rəqəmsallaşma səviyyəsini daha ətraflı təhlil etməyə də imkan verəcək:
''Çünki hər hansı regionda internet infrastrukturunun mövcud olması bütün əhalinin eyni formada internetdən istifadə etməsi demək deyil. Müəyyən ərazidə sabit internet infrastrukturu olsa da, istifadəçilərin əksəriyyəti simsiz internetə üstünlük verə bilər. Hətta Bakı şəhərində də bu cür fərqlər müşahidə oluna bilər. Aparılacaq təhlillər hansı ərazilərdə simsiz, hansı ərazilərdə isə sabit internetdən daha çox istifadə edildiyini üzə çıxaracaq. Bu rəqəmlər rəqəmsal bərabərsizliyin müəyyənləşdirilməsi baxımından da əhəmiyyətlidir. Eyni zamanda, beynəlxalq rəqəmsallaşma reytinqlərində Azərbaycanın mövqeyinin yaxşılaşdırılması üçün vacib göstəricilərdən biridir. Lakin regionlar üzrə real vəziyyəti qiymətləndirmək üçün bu məlumatlar digər göstəricilərlə müqayisəli şəkildə təhlil edilməlidir''.
Fatimə
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO
Gündəlik getdiyimiz ünvanlara çatmaq üçün 15 dəqiqə kifayət edirmi? – “Bolt”dan statistika - VİDEO
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO












