Evdən 8 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - Cəlilabadda

Cəlilabad sakininin evindən külli miqdarda narkotik vasitə aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini D.Cəfərli 79 qrama yaxın narkotik vasitə olan tiryəki satarkən cinayət başında yaxalanıb.
Polis əməkdaşları onun narkotiki əldə etdiyi mənbəni də müəyyən ediblər.
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmyerlisi Ş.Novruzov da saxlanılıb. Onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri ilə oradan çəkisi 2 kiloqram 158 qramdan artıq heroin, 6,1 kiloqrama yaxın tiryək, 174 qramdan çox həşiş və 42 qram metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










