Evdən dəyəri 1300 manatdan artıq olan qızıl əşyalar oğurlanıb

Şirvanda evdən dəyəri 1300 manatdan artıq olan qızıl əşyalar oğurlanıb. DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, ötən il dekabrın 16-da Şirvan şəhər sakini bir qadın “102 Zəng Mərkəzi” Xidmətinə zəng edərək ona məxsus fərdi yaşayış evindən ümumi dəyəri 1307 manat olan qızıl-zinət və məişət əşyalarının oğurlandığı barədə məlumat verib.
Məlumat müvafiq tədbir görülməsi məqsədilə aidiyyəti üzrə Şirvan Şəhər Polis Şöbəsinə göndərilib.
Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Yevgeni Vatolin və Hacıqabul rayon sakini Rəşad Ağamaliyev saxlanılıblar. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurladıqları əşyaların bir qismi maddi sübüt kimi götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










