Evdən külli miqdarda narkotik və silah-sursat götürülüb

Bərdə rayonunda evdən külli miqdarda narkotik və silah-sursat aşkar edilərək götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a məlumat verilib. Belə ki, Bərdə rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarışları tədbirləri nəticəsində rayon sakini Salman Salmanzadə heroin satarkən saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən oradan 4 ədəd sellofan bükümdə, ümumi çəkisi 170.49 qram olan heroin, 1 ədəd selofan bükümdə 11.01 qram tiryək, 77.33 qram metamfetamin, 18 ədəd metadon və 10 ədəd tramadol həbləri, 3 ədəd kibrit qutusunda, çəkisi 19.79 qram olan marixuana, 63 ədəd çətənə kolunun toxumları, 1 ədəd ampulada, çəkisi 2.24 qram olan kalsium permanqanat maddəsi aşkar edilərək götürülüb. Həmçinin S.Salmanzadəyə məxsus evdən qanunsuz olaraq saxladığı 1 ədəd "İJ-16" markalı qoşalüləli ov tüfəngi, 1 ədəd qundağı və lüləsi kəsilmiş 16 kalibrli tüfəng, 15 ədəd ov tüfənginə məxsus, 2 ədəd isə 7.62 kalibrli avtomat patronları, eləcə də 7 ədəd müxtəlif növ mobil telefonlar, 201 manat dəyərində saxta pul əskinasları, həmçinin 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Namiq
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












