Evdən oğurluq edən şəxs saxlanılıb - FOTO

Abşeron rayonunun Novxanı kəndində oğurluq edən şəxs saxlanılıb. Avtosfer.az-ın “Report”aistinadən məlumatına görə, Abşeron Rayon Polis İdarəsi kənddə bir mənzildən oğurluq edilməsi barədə daxil olan məlumatla bağlı dərhal hadisə yerinə baxış keçirib və əməliyyat istintaq tədbirlərinə başlayıb. Çox keçmədən baş vermiş hadisənin üstü "isti izlər"lə açılıb. Polis əməkdaşları, öz əmisinin evindən 8 min manatlıq qızıl zinət əşyaları oğurlayan Mətləb Cavadovu tutaraq istintaqa təhvil verib. O, ilkin ifadəsində hadisədən peşiman olduğunu və bu cinayəti narkotik maddə aludəçisi olduğu üçün törətdiyini səmimi şəkildə etiraf edib. Əvvəllər də məhkumluq həyatı yaşayan Mətləb Cavadov oğurluq yolu ilə əldə etdiyi qızılların bir hissəsini Sumqayıtda, qalanını isə ayrı-ayrı şəxslərə pul müqabilində satdığını bildirib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
















