Evdən seyfi oğurlayan şəxslər saxlanılıb - FOTO

Bakıda evdən içərisində qızıl-zinət əşyaları olan seyfi oğurlayan şəxslər saxlanılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, fevralın 1-də Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları küçəsində yaşayan paytaxt sakini Şakir Eminbəyli Səbail rayon Polis idarəsinə müraciət edərək bildirib ki, yaşadığı evin ikinci mərtəbəsindəki pəncərə və dəmir barmaqlıqlar sındırılaraq ona məxsus içərisində qızıl-zinət əşyaları və sənədlər olan seyf oğurlanıb. Zərərçəkən izahatında ona təxminən 12 000 manat dəyərində maddi ziyanın dəydini bildirib.
Hadisə ilə bağlı həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - İslam Qurbanov və Ülvi Muradov saxlanılıb, cinayətin digər iştirakçısının isə şəxsiyyəti müəyyən edillib.
Aparılan araşdırma zamanı məlum olub ki, hadisə zamanı istintaqa şəxsiyyəti məlum olan şəxslə Ü.Muradov əvvəlcədən cinayət əlaqəsinə girərək zərərçəkənin mənzilindən oğurluq etmək qərarına gəliblər. Həmin evdən oğurlanan zinət əşyalarından bir qismi Ü.Muradovun şəxsiyyətini təsdiq edən sənəd vasitəsilə qızıl qəbulu məntəqəsinə satılıb.
Hadisədən sonra seyf dəstənin digər üzvü İ.Qurbanovun yaşadığı mənzildə kəsilib. Seyfdən çıxan qızıl-zinət əşyalarının bir hissəsi İ.Qurbanovda qalıb.
Faktla bağlı Səbail Rayon polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"















