Evə basqın edən maskalı şəxs yaşlı ər-arvada xəsarət yetirib - VİDEO

Lerik rayonunda evə basqın edən maskalı şəxs ər və arvada xəsarət yetirib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, hadisə martın 1-dən 2-nə keçən gecə rayonun ucqar Sors kəndində baş verib. Hadisənin şahidi 1956-cı il təvəllüdlü Mərziyə Söhbət qızı Şabiyevanın sözlərinə görə, gecə saat üç radələrində yatağında olarkən evə kiminsə girdiyini hiss edib. Ayağa durmaq istəyərkən üzündə maska olan şəxs 63 yaşlı qadına hücum çəkərək əli ilə ağzını tutub və ondan sakit dayanmasını tələb edib. Lakin, o, səs-küy saldığından naməlum şəxs N.Əliyevanın sifət nahiyəsinə ağır xəsarət yetirib və o, huşunu itirib. Bundan sonra evə soxulan şəxs otaqda xəstə halında yatağında uzanan 84 yaşlı Fayaz Fərzulla oğlu Əliyevin baş nahiyəsinə küt alətlə zərbələr endiriblər. Qeyd edək ki, F.Əliyev üç gün öncə göz əməliyyatı keçirib. Eyni zamanda əlildir.
Ailə üzvlərinin sözlərinə görə, xəsarət alanlar yaşlı insanlardır, heç kimlə münaqişləri yoxdur. Övladları ailəli olduqları üçün evdə ər və arvaddan başqa kimsə olmayıb.
Xəsarət alan şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. F.Əliyev daha ciddi müayinə olunmaq üçün Lənkəran Diaqnostika Mərkəzinə göndərilib.
Faktla bağlı rayon Polis Şöbəsinə məlumat verilib. Araşdırma aparılır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












