Evindən 25 kq narkotik və tüfəng çıxan məhkumun cinayət işi məhkəməyə göndəirilib

Külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsində təqsirləndirilən Ağa Zəkiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, hazırda Penitensiar Xidmətin Qaradağ rayonunda yerləşən 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən, 1989-cu il təvəllüdlü Ağa Tahir oğlu Zəkiyevin Maştağa qəsəbəsi Albalılıq yaşayış massivindəki evində axtarış aparılıb.
Axtarış nəticəsində həyətdə 2 kq 150 qram marixuana, 2.115 ədəd ümumi çəkisi 23 kq olan çətənə bitkiləri aşkar edilərək götürülüb.
Evin içində aparılan axtarış zamanı isə qonaq otağında üzərində “Draqib 18PA006” yazıları həkk edilən pompalı tüfəng tapılıb.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










