Evlərdən və mağazalardan silsilə oğurluq edən şəxslər saxlanılıb

Qax rayonunda evlərdən və mağazalardan silsilə oğurluq edən şəxslər saxlanılıb. Qax rayon Polis şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayon sakini Elman Səfərov Qaxbaş kəndindəki evindən 490 manatlıq dəyərində məişət əşyalarının oğurlandığını bildirib.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a Şəki-Zaqatala bürosuna verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxslərin rayonun Qaxingiloy kənd sakinləri - Eristo Lomaşvili və Zviadi Zurabaşvili olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis şöbəsinə gətiriliblər və dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf ediblər. Ətraflarında aparılan araşdırmalarla onların digər cinayət əməllərinin də üstü açılıb.
Belə ki, Eristo Lomaşvili və Zviadi Zurabaşvili qabaqcadan əlbir olaraq ötən ilin sentyabr ayında rayon sakini H.Məmmədova məxsus evdən 1000 manat dəyərində televizor və digər məişət əşyaları, A.Tağıyevə məxsus mağazadan pul və tütün məmulatları, həmçinin Zviadi Zurabaşvili qanunsuz olaraq təkbaşına daxil olduğu Qaxingiloy kəndindəki evlərin birindən pul, mobil telefon, fotoaparat və digər əşyalar da oğurlayıb. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










