F-35 əfsanəsi bitdi – Rüsvay edən yoxlama

Belçika ordusunun ABŞ-dan sifariş etdiyi F-35 qırıcılarının qüsurlu olduğu ortaya çıxıb. Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Vaşinqtonda yerləşən POQO araşdırma qrupunun hesabatında deyilib.
Hazırlanan 14 səhifəlik hesabat artıq Pentaqona təhvil verilib. Hesabatda təyyarələrin döyüşə yararlı olmadığı, uçuş zamanı pilotları təhlükədə qoyacağı bildirilib.
İstismar standartlarına uyğun olmayan təyyərələr, həmçinin, dözümlülük testlərindən də keçə bilməyib. Araşdırma təyyarələrdə çatların meydana gəldiyini göstərib. “Lokid Martin” şirkəti hər bir təyyarə üçün 8 min uçuş saatı ömür təyin etsə də, hesabatda bunun mümkünsüz olduğu qeyd edilib. Araşdırma həmçinin F-35-lərin kompüter sisteminin də asanlıqla kiber hücuma məruz qala biləcəyini təsdiqləyib.
Hesabatın diqqətçəkən məqamlarından biri də F-35 qırıcılarının döyüş hazırlığı testləri olub. Demək olar ki, istənilən bölgəsində problem aşkarlanan F-35-lərin raketləri hədəfə dəqiq zərbə endirə bilməyib. Hesabatda buraxılan raketlərin hədəfdən sağa sapdığı, bunun isə döyüş meydanında müttəfiq qüvvələri vurmaq riskinə gətirib çıxardığı qeyd edilib.
Qeyd edək ki, Belçika 2025-ci ilə qədər 34 ədəd F-35 qırıcısı almağı planlaşdırır.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












