Fevralın növbəti günlərində hava belə olacaq

Fevral ayında dəyişkən hava müşahidə olunur. Ötən gün hava nisbətən günəşli, mülayim keçməsinə baxmayaraq, bu gün erkən saatlardan qar yağır, külək əsir.
Ümumiyyətlə, fevral ayı ərzində havanın necə keçməsi gözlənilir? Bu, mövsümi dəyişikənlik baxımından iqlim şəraitinə uyğundurmu? Adətən qış ayları arasında fevralda necə hava müşahidə olunur?
Avtosfer.az bildirir ki, Globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, fevral Azərbaycanda qış mövsümünün ən dəyişkən və keçid xarakterli aylarından biri hesab olunur:
“Son günlər müşahidə edilən hava şəraiti – bir gün günəşli və mülayim, növbəti gün isə qar yağışı, güclü küləklə müşayiət olunan soyuq hava əhali arasında haqlı suallar doğurur. İqlim müşahidələrinə əsasən, fevral ayı ən qeyri-sabit hava şəraiti ilə seçilir. Yanvar adətən daha sabit və soyuq keçdiyi halda, fevralda atmosfer prosesləri aktivləşir. Bu dövrdə hava kütlələrinin tez-tez dəyişməsi, şimaldan soyuq, cənubdan isə nisbətən isti hava axınlarının toqquşması, temperaturun qısa müddətdə kəskin enib qalxması, qar, sulu qar, yağış və güclü küləklərin növbələşməsi kimi hallar geniş müşahidə olunur. Fevralda qar yağması, xüsusilə gecə və səhər saatlarında temperaturun mənfi göstəricilərə düşməsi tamamilə mövsümi norma sayılır. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə qar örtüyü qalınlaşır, aran rayonlarda isə güclü külək əsir və ya sulu qar yağır”.
Ekoloq bildirib ki, fevral ayının əsas xüsusiyyətlərindən biri də kəskin kontraslı hava keçidləridir:
“Bir gün mülayim keçən hava növbəti gün qar və şaxta ilə əvəz oluna bilər. Bunun əsas səbəbi atmosfer təzyiq sistemlərinin tez-tez dəyişməsi və mövsümün yazla qış qarasında “keçid mərhələsi” olmasıdır. Ümumilikdə, bu cür dəyişkənlik iqlim baxımından normal hesab edilir. Lakin son illərdə müşahidə olunan bəzi tendesiyalar temperaturun normadan yuxarı qalxması, qeyri-mövsümi intensiv yağıntılar və küləklərin artması qlobal iqlim dəyişikliyinin təsirlərini də istisna etmir. Fevral qışın son, eyni zamanda yazın ilk əlamətlərini daşıyan bir dövrdür. Vətəndaşlara hava proqnozlarını diqqətlə izləməyi və kəskin dəyişikliklərə hazır olmasını tövsiyə edirəm. Çünki bu ayda uzunmüddətli sabit hava gözləmək düzgün deyil. Hava proqnozlarını izləmək, xüsusilə sürücülər və açıq havada çalışanlar üçün vacibdir”.
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO
Pezeşkian bu gün üzr istəyir, sabah İran yenə qonşularına dron hücumu edir - POLİTOLOQ
ABŞ-İsrail qüvvələri açıqladıqlarının əksinə, İranı niyə məğlub edə bilmir? – Ekspertlər ŞƏRH ETDİ
Prezident pensiyalarla bağlı QANUNA DƏYİŞİKLİK ETDİ
36 ildir Prezidentin təhlükəsizliyini təmin edir - Bu gün yubileyidir
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı
"Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik" - Azərbaycan MN
Sovet Azərbaycanında 8 Mart təbliğatı - FOTOLAR
Ramazan ayının on doqquzuncu gününün duası - İmsak və iftar vaxtı










