FHN işə qəbulla əlaqədar növbəti müsabiqə elan edib - VİDEO

Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə davam edir. Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, müsabiqədə həqiqi hərbi xidmət keçmiş, 30 yaşı 31.05.2019-cu il tarixinədək tamam olmamış, boyu 170 sm və yuxarı olan, tam orta, orta-ixtisas və müvafiq ali təhsilli, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunu və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
24 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Quzanlı qəsəbəsində, FHN-in Qarabağ Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə qeyd olunan tələblərə cavab verən Ağdam, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Ağcabədi, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.
24 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Xaçmaz şəhərində, FHN-in Şimal Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.
24 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Lənkəran şəhərində, FHN-in Cənub Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.
30 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Yevlax şəhərində, FHN-in Aran Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə Mingəçevir və Naftalan şəhərlərinin, Yevlax, Ağdaş, Goranboy, Kürdəmir, Zərdab, Ucar, Göyçay rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.
Müsabiqədə iştirak etmək üçün müraciət edən vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tərcümeyi-hal;
- şəxsiyyət vəsiqəsi;
- təhsil haqqında sənəd (attestat və s.);
- hərbi bilet;
- sağlamlıq haqqında arayış (Forma № 086);
- Vərəm Əleyhinə Dispanserdən arayış;
- Dəri-Zöhrəvi Dispanserdən arayış;
- Ruhi Əsəb Xəstəlikləri Dispanserindən arayış;
- Narkoloji Dispanserdən arayış.
Qeyd: Vətəndaşlar fiziki hazırlıq üzrə yoxlamada iştirak etmək üçün uyğun geyimdə (idman ayaqqabısı və s.) olmalıdırlar.
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib












