FIFA təyyarə qəzasında ölən futbolçunun transferi ilə bağlı şikayət aldığını təsdiqləyib

FIFA təyyarə qəzasında dünyasını dəyişən Emiliano Salanın transferi ilə bağlı şikayət aldığını təsdiqləyib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qurum BBC-yə açıqlamasında Fransa "Nant"ının İngiltərə Premyer Liqasında çıxış edən Uelsin "Kardiff Siti" klubundan şikayət etdiyini bildirib. FIFA-nın hazırda bu məsələni nəzərdən keçirdiyi vurğulanıb.
İngiltərə mətbuatı daha əvvəl klubların yarımmüdafiəçinin ödənişi ilə bağlı razılığa gəldiyini yazıb.
Qeyd edək ki, Emiliano Sala “Kardiff Siti”yə qış transfer dövründə “Nant”dan 15 milyon funt sterlinqə keçib. O, Uels təmsilçisinin tarixində ən bahalı transfer olub. Argentinalı oyunçu Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Axtarış qrupu təyyarəni La Manş boğazında tapıb. Daha sonra isə futbolçunun meyiti aşkarlanıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












