Fındıq oğurlayan şəxslərin 3 avtomobili qaçırdıqları da məlum olub

Zaqatala Rayon Polis Şöbəsinə Aşağı Tala kəndi ərazisindəki fındıq sexlərinin birindən 250 kiloqram fındığın oğurlanması barədə müraciət daxil olub. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalara başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş M.Mamayev saxlanılmış, digər 1 nəfərin isə şəxsiyyəti müəyyənləşdirilib.
Polis əməkdaşları tərəfindən onların rayon ərazisində və paytaxtın Binəqədi rayonu ərazisində törətdikləri digər analoji əməllərinin də üstü açılıb.
Belə ki, onların kənd ərazisində digər fındıq sexindən 100 kiloqram fındıq ləpəsi, kənd sakininə məxsus “VAZ-2106” markalı avtomobildən videoqeydiyyat qurğusu və pul, həmçinin cari ilin fevral-mart ayları ərzində paytaxtın Binəqədi rayonu ərazisindən 3 “VAZ” markalı avtomobili qaçırmaları da müəyyən edilib.
Araşdırma aparılır.
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil










