"Ford"un elektromobillərində bu funksiya ödənişli olacaq – 850 manat - FOTO

ABŞ-də yerləşən avtomobil nəhəngi “Ford” elektrikli avtomobillərinin avadanlıq siyasətində dəyişiklik edib.
Avtosfer.az xəbər verir ki, şirkət “Mustang Mach-E” modelində ön baqaj hissəsini (frunk) artıq standart siyahıdan çıxarır. 2026-cı model ilindən etibarən bu funksiya seçim paketinə daxil ediləcək.
İndiyədək avtomobilin ayrılmaz hissəsi kimi təqdim olunan ön saxlama bölməsindən istifadə etmək istəyən müştərilər təxminən 495 dollar (təxminən 840–850 manat) əlavə ödəniş etməli olacaqlar.
Sektor təmsilçiləri bu qərarı xərclərin optimallaşdırılması və avadanlıq siyahısının sadələşdirilməsi strategiyasının tərkib hissəsi kimi qiymətləndirirlər. Qeyd olunur ki, əsasən plastik konstruksiyadan ibarət olan bu hissənin ayrıca ödənişli seçimə çevrilməsi bəzi alıcıları alternativ, üçüncü tərəf istehsalçıların təklif etdiyi daha münasib variantlara yönləndirə bilər.
Mütəxəssislər isə bildirirlər ki, elektrikli avtomobillərdə artıq “standart” kimi qəbul olunan funksiyanın əlavə ödənişli seçimə çevrilməsi brend imicinə müəyyən risklər yarada bilər.
Eltac Zülfüqaroğlu
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












