Fransızları qabaqlayan azərbaycanlı qadın - FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyasının adı mətbuatda çox vaxt xoş olmayan xəbərlərlə hallanır: ya kimlərsə kütləvi şəkildə iclasda yatır, ya da hansısa alim qalmaqallı açıqlama verir və s. Amma hər şeyi qara görmək də doğru deyil. Heç də hər şey qara deyil. Bu elm məbədinin divarları arasında böyük şəxsiyyətlərin yetişdiyini də danmaq olmaz.
Avtosfer.az xəbər verir ki, ilk azərbaycanlı qadın akademik Validə Tutayuqdur. 1914-cü ildə Şuşada anadan olan Validə xanımın Azərbaycanda botanika elminin inkişafında müstəsna xidmətləri olub. O, 1958-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1969-cu ildə isə həqiqi üzvü seçilib.
Beləliklə, 1945-ci ildə təsis edilmiş Akademiya cəmi 13 il sonra ilk qadını öz sıralarına qəbul edir. Müsəlman şərqində ilk dəfə qadın akademiyaya üzv seçilir. 1969-cu ildə isə (Akademiyanın yaranmasından 24 il sonra) Azərbaycan qadını həqiqi üzv tituluna sahib olur. Bu həmin dövrdə nəinki müsəlman aləmində, hətta Avrpoada da ciddi yenilik sayıla bilərdi.
1634-cü ildə təsis edilmiş Fransa Akademiyası öz sıralarına ilk qadını 1980-ci ildə alır. Yəni, təsis olunmasından 346 il sonra. Təbii ki, Marqerit Yursenarın (1903-1987) akademiyaya seçilməsi o vaxt Fransa cəmiyyətində ciddi əks-səda doğurdu.
Bəli, Azərbaycan qadını daha bir sahədə ilkə imza atmağı bacardı. Validə xanım müxbir üzv seçilərkən 44, həqiqi üzv seçilərkən 55 yaşında idi. Marqerit Yursenar isə akademik titulu əldə edərkən 77 yaşı tamam olmuşdu!
Vüqar
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
















