Futbolçu içkili halda maşın sürdüyü üçün cəzalanıb

Uels milli komandasının sabiq futbolçusu Kreyq Bellami avtomobil idarə etmə hüququndan 18 ay müddətinə məhrum edilib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, səbəb kimi 39 yaşlı keçmiş hücumçunun içkili halda maşın sürməsi göstərilib. İnsident martın 9-da Kardiff şəhərində baş verib. Polis Bellaminin orqanizmində alkoqolun icazə verilən həddən ikiqat artıq olduğunu bildirib. Məhkəmə iclasında o, spirtli içki qəbul etdiyini boynuna alıb. Veteran futbolçu deyib ki, sükan arxasında içkili halda oturmaq istəməyib. Bellami bir müddət yuxuladıqdan sonra axşam saatlarında rəfiqəsinin zəngindən sonra maşına mindiyini açıqlayıb. Günahını etiraf etməsinə baxmayaraq, o, 1,5 illik cəza ilə yanaşı, 650 funt sterlinq məbləğində cərimələnib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












