Futbolçu Salanın olduğu təyyarədəki meyitlərdən biri çıxarılıb

Göyərtəsində Uelsin "Kardiff Siti" klubunun futbolçusu Emiliano Sala və pilot Devid İbbotsonun olduğu qəzaya düşən təyyarədən bir nəfərin meyiti çıxarılıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Aviasiya Hadisələrinin Araşdırılması Şöbəsi məlumat yayıb. Təhqiqatçılar hələlik kimin meyitini götürdüklərini açıqlamırlar.
Qeyd edək ki, Emiliano Sala "Kardiff Siti"yə qış transfer dövründə Fransa "Nant"ından 15 milyon funt sterlinqə keçib. O, Uels təmsilçisinin tarixində ən bahalı transfer olub. Sala Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Sonradan axtarış qrupu təyyarəni La Manş boğazından tapıb.
Faciəvi hadisəyə baxmayaraq, "Nant" klubu "Kardiff Siti"dən futbolçunun transfer məbləğini tələb edib.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










