Futbolçunun ölümünə səbəb olan sürücünün məhkəməsi davam etdirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan sürücü Fəxrəddin Bəşirovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi keçirilən prosesdə "Koroğlu" şirkətinin icraçı direktoru Rəşad Əliyev ifadə verib.
O qeyd edib ki, hadisədən əvvəl şirkətin sürücüsü, iş üzrə təqsirləndirilən F.Bəşirov və onun köməkçisi həkim müayinəsindən keçirilib: "Onların narkotikdən istifadə etdikləri barədə heç bir əlamət yox idi".
F.Bəşirov bildirib ki, hadisədən 15 gün əvvəl narkotikdən istifadə ediblər: "Hadisədən 3-4 gün əvvəl isə həkim nəzarətindən keçmişik".
Daha sonra şahid qismində Şükür Xəlilov dindirilib. O, "Koroğlu" şirkətində dispeçer vəzifəsində çalışdığını söyləyib: "Hadisədən əvvəl sürücü Fəxrəddin və köməkçisi həkim müayinəsindən keçirilib. Bütün işçilərimiz Sabunçu xəstəxanasına göndərilib və yoxlanılıb. Onların narkotikdən istifadə etdikləri barədə məlumatımız yox idi. Hətta hər gün şirkətin maşınları qarajda yoxlanılır və sonra istifadəyə verilir".
Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin edilib.
Qeyd edilib ki, ötən il oktyabrın 2-si saat 10:00 radələrində Sumqayıt şəhər sakini Bəşirov Fəxrəddin Asif oğlu idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğlu və Bayramov Rasim Vüqar oğlunu vurub, nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Fakta görə Binəqədi rayon Polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Xatırladaq ki, qəza nəticəsində dünyasını dəyişənlərdən biri - A.Qasımov "Sumqayıt"ın U-15 komandasında çıxış edirdi.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












