Futbolçunun təyyarə qəzasında ölümü ilə bağlı yeni təfərrüatlar üzə çıxıb

Argentinalı futbolçu Emiliano Salanın təyyarə qəzası zamanı ölümü ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, pilot Devid İbbotsonun daltonik olduğu - rəngləri seçə bilmədiyi müəyyənləşib. Aviasiya qaydalarına əsasən, bu cür pilotlara sutkanın qaranlıq vaxtı təyyarə idarə etməyə icazə verilmir. Həmçinin pilotun kommersiya reysləri həyata keçirmək üçün lisenziyasının olmadığı bilinib.
Qeyd edək ki, E.Sala qış transfer dövründə 15 milyon funt sterlinq qarşılığında Fransa “Nant”ından İngiltərə Premyer Liqasında çıxış edən Uelsin “Kardiff Siti” klubuna keçib. Klub tarixində ən bahalı transfer olan fovard Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysi ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl təyyarə radardan itib və daha sonra La Manş boğazından tapılıb. Ardınca futbolçunun meyiti aşkarlanıb.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












