Futbolçuya qarşı dələduzluq edən şirkət rəhbərinə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Bakı MTK"nın rəhbəri Emil Məhərrəmov, şirkətin vəzifəli şəxsləri - Ruhin Əsgərovla Farid Rəhimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Məhhəromov 14 il, R.Əsgərov isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarəti qətimkan seçilmiş F.Rəhimova şərti cəza verilib.
Qeyd edək ki, həmin şəxslər eyni mənzili ayrı-ayrı şəxslərə satmaqda təqsirləndirilirlər.
İş üzrə 52 zərərçəkmişə qarşı 3 milyon manat ziyan dəyib.
Xatırladaq ki, bu iş üzrə başqa iki nəfər - Çingiz Bağırov və Eynur Xudiyev də təqsirli bilinir və hazırda onların cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Zərərçəkmişlər arasında “Qarabağ”ın sabiq futbolçusu, hazırda “Səbail” klubunda çıxış edən Rahid Əmirquliyev də var. Onun aldığı iki mənzil də başqa şəxslərə satılıb. R.Əmirquliyevə, ümumilikdə, 150 min manatdan çox ziyan dəyib.
R.Əmirquliyev R.Əsgərov və E.Məhərrəmovun cinayət işində zərərçəkmiş kimi tanınır.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










