GDY Orta dəhliz üzrə məlumat mübadiləsini tam təmin edəcək

“Gürcüstan Dəmir Yolu” Orta dəhliz üzrə məlumat mübadiləsini tam şəkildə təmin etmək niyyətindədir.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu “Gürcüstan Dəmir Yolu”nun nümayəndəsi Maya Tçintçaraşvili Bakıda keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi çərçivəsində təşkil olunmuş "Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması" panel müzakirəsində bildirib.
“Biz Orta dəhliz ölkələri və qonşu dəmir yolları ilə tam məlumat mübadiləsini təmin etməyi, elektron imzanın hüquqi aspektlərini uyğunlaşdırmağı, sensor əsaslı dərin məlumat analizi həyata keçirməyi planlaşdırırıq. Eyni zamanda, süni intellekt əsaslı müştəri xidmətləri və rəqəmsal sərnişin xidmətləri də planlarımız arasındadır,” – deyə o bildirib.
M. Tçintçaraşvili qeyd edib ki, artıq rəqəmsallaşma istiqamətində 3 mühüm addım atılıb: "Bunlara kağızsız əməliyyatların tətbiqi, Orta dəhliz üzrə yükdaşımaların asanlaşdırılması və gələcək fəaliyyət planlarının hazırlanması daxildir".
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












