Gecə canlı açıb səs-küy saldı - Qonşusu şikayətçi oldu - VİDEO

"TikTok” platformasında “Velizarofficial” adlı səhifəni idarə edən Salman Məmmədovdan qonşusu şikayətçi olub.
Avtosfer.az xəbər verir ki, daha öncə həbs edilən “Velizar” bu barədə özü paylaşım edib.
O bildirib ki, gecə saat 00-dan 03-ə qədər canlı yayımda olub musiqi qoşduğu üçün alt mərtəbədə yaşayan qonşusu ondan polisə şikayət edib:
“Hazırda heç bir narahatlıq yoxdur. Musiqi səsinə görə qonşu heç komendanta da xəbərdarlıq etmədən birbaşa polisə şikayət verib. Mən bu evə elə səsə görə köçmüşdüm. Qonşum məni izləyirsə, demək istəyirəm ki, heç olmasa komendanta bildirərdi, mənə də xəbərdarlıq edərdilər. Əgər davam etsəydim, onda şikayət edərdiniz. Gedib ərizəmi yazıb gəldim, sadəcə çox həyəcan keçirdim”.
Qeyd edək ki, bir müddət öncə “Velizar” barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilmişdi. O, müvafiq qərarla inzibati qaydada həbs olunmuşdu.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












