Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı

Ermənistanlı iqtisadçı Hrayer Kamendatyanın ABŞ Dövlət katibi Marko Rubionun İrəvana səfəri ilə bağlı iddiası müzakirələrə səbəb olub. Kamendatyanın sözlərinə görə, Rubio Ermənistan ərazisində nadir torpaq materiallarını idarə etmək üçün sənəd alıb. Maraqlıdır ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskidən də nadir torpaq elementlərini tələb edir.
Mərkəzi Asiya respublikalarında da bu cür nadir torpaq elementlərinin əldə edilməsi uğrunda Rusiya və Qərb arasında kəskin mübarizə gedir. Artıq güclü dövlətlər hansısa ölkədə hərbi hissə və ordu saxlamaq əvəzinə, strateji dəhlizlərə nəzarəti ələ keçirməyə və nadir torpaq elementlərinə sahib olmağa çalışırlar.
Azərbaycan üçün də belə bir vəziyyət yarana bilərmi? Ölkəmizdə hansı nadir torpaq elementləri var?
Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, dünyada yüksək texnologiyalar və süni intellekt sürətlə inkişaf edir:
“Hazırda bu sahədə ABŞ və Çin arasında ciddi rəqabət gedir. Yüksək texnologiya və süni intellektin inkişafı birbaşa nadir torpaq elementləri ilə bağlıdır. Onlara kim sahibdirsə, adı çəkilən sahələrdə irəliləyiş əldə edir.
Bu gün dünyanın ən nadir ehtiyatları əsasən Çin ərazisindədir. Pekin bir müddət əvvəl bu ehtiyatların ixracına qadağa qoyub ki, Avropa və ABŞ onlardan istifadə edə bilməsin. Ona görə də ABŞ alternativ bazarlar axtarışına başlayıb. Vaşinqton müxtəlif ölkələrlə əldə etdiyi razılaşmalarda əlavə bənd kimi nadir torpaq ehtiyatlarının birgə çıxarılmasını da qeyd edir. Məsələn, Qazaxıstan nadir torpaq ehtiyatları ilə zəngindir və ABŞ ilə saziş imzalayıb. Ermənistan da bu tip sazişlər imzalayıb.
O ki qaldı Azərbaycana, torpaqlarımız işğaldan azad ediləndən sonra xüsusilə Şərqi Zəngəzurda zəngin nadir torpaq ehtiyatlarının olduğu məlum olub. Lakin biz ABŞ və ya başqa ölkələrlə bənzər saziş imzalamamışıq. Lazım gələrsə, gələcəkdə bu sahədə sənədlər imzalana, əməkdaşlıq edilə bilər”.
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər": Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ











