Gəminin batması nəticəsində 1 Azərbaycan vətəndaşı ölüb, 1-i itkin düşüb

Türkiyənin Samsun şəhərindən 130 kilometr məsafədə - Qara dənizdə Panama bayrağı ilə üzən “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində gəminin ekipaj üzvlərindən biri, Azərbaycan vətəndaşı, gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib və onun meyiti sudan çıxarılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, digər Azərbaycan vətəndaşı, gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları isə davam etdirilir.
Agentlikdən bildirilib ki, bu gün saat 16:50-də Qaradənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin qəzaya uğraması barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub. Məlumatda həmçinin bildirilib ki, ekipaj üzvlərindən 2 nəfər Azərbaycan vətəndaşıdır.
Azərbaycan vətəndaşlarının taleyi ilə maraqlanmaq məqsədilə Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə mövcud sistem vasitəsilə əlaqə yaradılaraq məlum olub ki, gəmidə olan 13 nəfərdən 9-u sahilə çıxarılıb.
Fərid
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO









