Gəminin batması nəticəsində ölən azərbaycanlılardan biri Neftçala sakinidir

Qara dənizin Türkiyənin Samsun şəhəri sahillərində “Volgabalt 214” yük gəmisinin batması nəticəsində dünyasını dəyişən azərbaycanlı dənizçilərdən birinin Neftçala rayonundan olduğu məlum olub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, meyiti sudan çıxarılan həmin şəxs Neftçala rayonunun Bankə qəsəbəsi, Taleh Xantəmirov küçəsi, ev 13 ünvanında yaşamış, 1978-ci il təvəllüdlü Məmmədəli Surxay oğlu İbrahimovdur. Yaxınlarının verdiyi məlumata görə, Dənizçilik Akademiyasını bitirən M.İbrahimov 20 ildən çoxdur dənizçi işləyirmiş. Üç azyaşlı qız atası gəmi kapitanının köməkçisi işləyirmiş. Qara dənizdə gəmi batmamışdan bir gün əvvəl mobil telefonla sonuncu dəfə evlə əlaqə saxlayıb. Mərhumun meyitinin yaxın günlərdə doğulduğu Bankə qəsəbəsinə gətiriləcəyi və orada dəfn olunacağı gözlənilir.
Qeyd edək ki, Qara dənizdə gəminin batması nəticəsində 2 azərbaycanlı ölüb. Onlardan biri M.İbrahimov, digəri isə gəmi kapitanı olan Turbat Kamil oğlu İsmayılovdur. Hazırda digər Azərbaycan vətəndaşının meyitinin axtarışları davam edir.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










