Gənc ər-arvadın öldürülməsinin təfərrüatı... - FOTOLAR

Fevralın 5-də Bakı şəhər Binəqədi rayonu "28 May" qəsəbəsində yerləşən evdə 2 nəfərin qətlə yetirilməsi hadisəsinin bəzi təfərrüatı üzə çıxıb. Qohumları tərəfindən öldürülən 27 yaşlı Məmmədov İlkin Elman oğlu ilə 25 yaşlı Muradzadə Sevinc Yaşar qızı 2017-ci ildə ailə həyatı qurubmuş. Gəncə şəhər sakini olan İlkinlə Beyləqanda anadan olmuş Sevincin izdivacı uzun sürməyib və onlar boşanmaq qərarına gəliblər. Bundan sonra 25 yaşlı qadın körpə övladı ilə evi tərk edib. İlkin isə Binəqədi rayonu ərazisində yaşamağa davam edib və avtomobil təmiri sexində işləyib.
Bildirilir ki, Sevinc Muradzadənin ailəsində yaranan problemlər, onun ərindən boşanması və deyilən xoşagəlməz fikirlər onun qohumu, Beyləqan rayonunun 30 yaşlı sakini Behbudov Vəli Əli oğlunu narahat edib. O, S.Muradzadə ilə İlkini görüşdürmək qərarına gəlib və həmin görüş zamanı dava-dalaş düşüb. Münaqişə zəminində Vəli Behbudov İlkinə çoxsaylı bıçaq zərbələri endirib, qadını isə boğaraq öldürüb. O daha sonra Nərimanov rayon Polis İdarəsinə gedərək əməlini könüllü etiraf edərək təslim olub.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Qətlə yetirilən İlkin Məmmədovun bəzi fotolarını təqdim edirik.(publika.az)
Tbilisiyə lüks vaqonda getmək istəyənlər 180 AZN ödəyəcək - Bütün qiymətlər açıqlandı - FOTO
Bakının infrastrukturu belə tədbirlərin təşkilatçılığına imkan yaradır – Braziliyalı MÜTƏXƏSSİS - FOTO
Foruma gələn çinli turist Bakıda yaşamaq istəyir - FOTO
Əlçatan və yaşanabilən mənzil siyasəti bütün ölkələrin gündəmi olmalıdır – Nigeriyalı turist - FOTO
Azərbaycan mediası forumda peşəkarlıq nümunəsi göstərir – Azər Ayxan - FOTO
Qısamüddətli həllər qlobal mənzil problemini aradan qaldırmayacaq – CAR-lı turist - FOTO
Azərbaycan Orta Dəhlizdə əsas tranzit gücünə malik ölkəyə çevrilir - Ekspert RƏYİ
Yerli qonaqlar belə forumun təşkilatçılığına heyran qalıb – Mərcanə Rəsulova - FOTO
Azərbaycanda da şəhərsalma sahəsində yeni yanaşmalar tətbiq edilməlidir – AQİL ASLAN - FOTO
Bakıda keçirilən forum gələcək əməkdaşlıqlar üçün imkanlar yaradır – Barbara Holtman - FOTO
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ: Cərimələnə bilərsiniz













