Gənc Müəllimlər Assosiasiyasından məktəblərdə vahid forma ilə bağlı BƏYANAT

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır.
Avtosfer.az xəbər verir ki, Gənc Müəllimlər Assosiasiyası bununla bağlı bəyanat yayıb.
Qeyd olunub ki, məktəb bilik və bacarıqların formalaşdırıldığı məkan olmaqla yanaşı, uşaqların şəxsiyyət kimi inkişaf etdiyi, sosial münasibətləri mənimsədiyi və məsuliyyət hissinin formalaşdığı mühüm tərbiyə ocağıdır. Bu baxımdan məktəbdə tətbiq olunan qaydalar, o cümlədən geyim tələbləri vahid yanaşmanın təmin edilməsinə, nizam-intizamın qorunmasına və təhsilalanlar üçün bərabərhüquqlu təhsil mühitinin yaradılmasına xidmət edir.
AGMA hesab edir ki, geyim qaydalarının düzgün və uğurlu tətbiqi məktəb rəhbərliyinin, müəllimlərin, valideynlərin və şagirdlərin qarşılıqlı əməkdaşlığını tələb edir. Bu məqsədlə qaydaların mahiyyəti və tətbiq mexanizmi aydın izah edilməli, yaranan suallar qarşılıqlı hörmət, anlayış və açıq dialoq əsasında müzakirə olunmalıdır. Məktəb rəhbərləri və müəllimlər qaydaların izahı və tətbiqi zamanı peşəkar, vahid və həssas yanaşma nümayiş etdirməli, şagirdlərin ləyaqətinin və hüquqlarının qorunmasını əsas tutmalıdırlar. Valideynlərin də narahatlıqlarını konstruktiv dialoq çərçivəsində ifadə etmələri, məsələyə qüvvədə olan normativ hüquqi aktların tələbləri əsasında yanaşmaları xahiş olunur.
Müəllimlərin peşəkar davranışı və xarici görünüşü də məktəbdə formalaşan ümumi mühitin bir hissəsidir. Müəllim öz davranışı, ünsiyyət mədəniyyəti, məsuliyyəti və geyimi ilə peşəkar mövqeyini nümayiş etdirməli, şagirdlərə nümunə olmalıdır.
AGMA bir daha bəyan edir ki, məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət olunması vacibdir. Bu prosesdə bütün tərəflərin məsuliyyətli davranışı, qarşılıqlı hörmət və əməkdaşlıq əsas şərtlərdir.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












