Gənc Tamaşaçılar Teatrının üstündə restoran üçün teras tikilir – Memardan İDDİA - FOTOSESSİYA

Bakıda yerləşən Gənc Tamaşaçılar Teatrının binasının mövcud vəziyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, memar Elçin Əliyev bildirib ki, 2024-cü ildə teatr binasına onun memarlıq abidəsi olduğunu göstərən lövhə vurulsa da tikilinin üzərində aparılan yeniliklərlə bağlı vəziyyət dəyişməz olaraq qalır.
Memarın sözlərinə görə, binanın damında fəaliyyət göstərən restorana aid konstruksiyalar, mansarda və əlavə tikililər memarlıq irsinin qorunması prinsipləri ilə ziddiyyət təşkil edir. O qeyd edir ki, qorunan obyektin damında restoran üçün böyük teras da inşa edilib, binanın yan hissəsində isə birbaşa dama qalxan ayrıca lift şaxtası quraşdırılıb. Daha sonra damdakı baxış meydançası da örtülərək əlavə konstruksiya tikilib.
Elçin Əliyev xatırladıb ki, “Gənc Tamaşaçılar Teatrı” üçün ilk bina 1946–1947-ci illərdə Nizami küçəsində memar Moisey Mixayloviç Qusmanın layihəsi əsasında inşa edilmiş zərif iki mərtəbəli tikili olub. 1970-ci illərin sonunda həmin bina sökülərək yerində memarlar Sənan Salamzadə və Rəhim Seyfullayevin layihəsi ilə yeni bina tikilib. 2008–2009-cu illərdə isə tikilinin fasadı tamamilə alüminium kompozit panellərlə üzlənib.
Memar sual edir ki, hazırda dövlət tərəfindən qorunan bina konkret olaraq hansı mərhələyə aiddir – ilkin layihəyə, yoxsa sonrakı rekonstruksiya variantına? Onun fikrincə, 1980-ci illərdə inşa edilən bina artıq ilkin memarlıq üslubundan xeyli uzaqlaşıb.
Elçin Əliyev həmçinin Mədəniyyət Nazirliyinin məsələ ilə bağlı mövqeyinin açıqlanmasının vacibliyini vurğulayıb və binanın ilkin memarlıq görkəminin bərpası ilə bağlı hər hansı rəsmi addımın atılıb-atılmadığının aydınlaşdırılmasını istəyib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Avtosfer.az-a verilən açıqlamada bildirilib ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təmir-bərpa işləri 2006-cı ildə aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq həyata keçirilib. Hazırda həmin binada hər hansı inşaat işləri aparılmır.
Eltac Zülfüqaroğlu
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT


























