Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb

Martın 15-də saat 2 radələrində Gəncə ŞBPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhərin Azərbaycan küçəsində yol hərəkəti qaydalarını pozduğu üçün "VAZ-2107" markalı avtomobil saxlanılıb.
Azmedia.Az Trend-ə istinadən bildirir ki, araşdırmalarla sürücünün Gəncə şəhər sakini, əvvəllər talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə və xuliqanlığa görə məhkum olunmuş E.Zülfüqarov olması, idarə etdiyi avtomobili isə həmin gün saat 1 radələrində Heydər Əliyev prospektindən qaçırması müəyyən edilib.
Polis əməkdaşları tərəfindən avtomobilin sahibi, Gəncə şəhər sakini A.Mehdiyev Kəpəz Rayon Polis İdarəsinə dəvət edilib. O, ərizəsində avtomobilinin qaçırılmasını bildirib.
Kəpəz RPİ tərəfindən araşdırma aparılır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












