Gəncədə avtomobillərdən oğurluq edənlər ələ keçdi

Gəncədə avtomobillərdən oğurluq edənlər saxlanılıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini H.Allahverdiyevə məxsus avtomobildən 378 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Quliyeva saxlanılıb.
Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin fevral-mart ayları ərzində 5 avtomobildən akkumulyator və yaddaş kartı, 1 həyətyanı sahədən inşaat materialları, habelə neft terminalı bazasındakı dəmiryol xəttinin hissələrini oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Qurbanov saxlanılıb.
Bundan başqa, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 20-də rayon sakini H.Məmmədova məxsus “VAZ-2121” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Gədəbəy rayon sakini E.Səfərov saxlanılıb və avtomobil saz vəziyyətdə sahibinə qaytarılıb.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












