Gəncədə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə tədbirləri uğurla davam etdirilir. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1982-ci il təvəllüdlü Namiq Tağıyev saxlanılaraq polis idarəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 4 ədəd siqaret falqasına bükülmüş, ümumi çəkisi 0.23 qram olan, narkotik vasitə olan “heroin” aşkar olunub. N.Tağıyevin ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onun kirayədə yaşadığı evindən isə 24 ədəd siqaret falqasına bükülmüş, ümumi çəkisi 1.93 qram çəkidə narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.Tağıyevə narkotik vasitə satan şəxsin, əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Ehtiram Fərəcov olduğu müəyyən edilərək, Kəpəz RPİ-nə gətirilib. Onun evinə baxış keçirilən zaman 11 ədəd kibrit qutusunda və 1 ədəd selofanda ümumi çəkisi 75.26 qram çəkidə narkotik vasitə olan marixuana və evin müxtəlif yerlərindən ümumilikdə 36 ədəd siqaret falqasına bükülü olan ümumilikdə 4.92 qram narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










