Gəncədə polis əməkdaşları qanvermə aksiyasında iştirak ediblər - FOTO

B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının və Gəncə şəhər Səhiyyə İdarəsinin təşkilatçılığı ilə “Qan ver, yaşat!” devizi ilə gerçəkləşən humanist aksiyada Şəhər Baş Polis İdarəsinin və tabeli qurumların şəxsi heyəti fəal iştirak ediblər. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, onlar bu kimi xeyriyyə tədbirlərinin keçirilməsini dəstəkləməklə xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadıqlarını nümayiş etdiriblər. Bu aksiyaya qoşulmağı səhhəti imkan verən hər bir insanın vətəndaşlıq borcu olduğu bildirilib.
Polis əməkdaşları tibbi müayinədən sonra qan veriblər.
Yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS















