Gəncədə xanəndənin ölümündə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Gəncə Ağır Cinayətlər Məhkəməsində xanəndənin ölümündə ittiham olunan Həbib Əliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası aprelin 15-nə təyin edilib.
Qeyd edək ki, ötən il iyulun 31-də Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Kamran Yusifov naməlum şəraitdə döyülüb. O, həmin gün ağır kəllə-beyin travması ilə Gəncə Şəhər Mərkəzi Klinikasına yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, avqustun 1-də günorta saatlarında dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini H.Əliyev tutularaq istintaqa təhvil verilib.
İstintaq orqanı tərəfindən H.Əliyevin barəsində Cinayət Məcəlləsilinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Xatırladaq ki, öldürülən K.Yusifov toylarda xanəndə kimi çıxışlar edib. O, hadisə baş verən günü toydan qayıdarkən döyülüb.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI












