General Daxili Qoşunların şəxsi heyətini yoxladı - Formula-1-ə görə - FOTO

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun rəhbərliyi altında “Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar tədbir keçirilib. Daxili Qoşunlarının mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, “Formula-1 Azərbaycan Qran Pri”si zamanı digər hüquq-mühafizə orqanları ilə birlikdə ictimai qaydanın qorunmasına və ictimai təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək hərbi qulluqçuların xidmətə hazırlığı, təminat-təchizat məsələlərinin həlli, eləcə də nəqliyyat vasitələrinin vəziyyəti yoxlanılıb.
Daxili Qoşunların Komandanına məruzə edilib ki, yarış zamanı xidməti-döyüş tapşırıqlarının və müəyyən edilmiş vəzifələrin tam həcmdə yerinə yetirilməsi üçün planlaşdırılmış hazırlıq tədbirlərinin vaxtlı-vaxtında icrası təmin olunub. İlk növbədə, müvafiq plan-hesab hazırlanaraq şəxsi heyətin xidmət sahələri üzrə bölgüsü aparılıb, digər hüquq-mühafizə orqanları ilə qoşunların birgə fəaliyyətinin əlaqələndirilməsi, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili məqsədilə baş idarəetmə mərkəzi yaradılıb. Yarışların təşkil olunacağı ərazi və obyektlərə baxış keçirilərək xidmətin təşkili baxımından təhlil olunub, aidiyyəti üzrə komandir heyəti xidmətaparma yerləri ilə əyani tanış edilib. Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunan şəxsi heyətə tədbirin əhəmiyyəti, qanunçuluq, vətəndaşların hüquq və azadlıqlarının qorunması prinsipləri izah edilərək, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşılması tələb olunub. Bununla yanaşı, qeyd olunub ki, hazırlıq mərhələsində həvalə edilən obyektlərin mühafizəsi, nəzarət-buraxılış məntəqələrində buraxılış rejiminin təmin olunması mövzuları üzrə xüsusi məşğələlər keçirilib, xidmətə cəlb olunacaq qadın hərbi qulluqçuların da müvafiq məşğələlərdə iştirakı təmin edilib.
Tədbirə hazırlıqların yoxlanılması məqsədilə xüsusi təyinatlı bölmələrin, perimetr boyu xidmətin aparılmasına cəlb olunacaq şəxsi heyətin, o cümlədən qadın hərbi qulluqçuların xüsusi geyim formalarına, hərtərəfli təminatına, xüsusi vasitə və avadanlıqlarla, rabitə vasitələri ilə təchizatına və nəqliyyat vasitələrinə baxış keçirilib.
Şəxsi heyətin hazırlığını qənaətbəxş qiymətləndirən general-leytenant Ş. Məmmədov “Formula-1 Azərbaycan Qran Pri” yarışı ilə bağlı qarşıya qoyulan tapşırıqların icrasına məsuliyyətlə yanaşılmasının, nəzərdə tutulmuş tədbirlərin vaxtında və tam həcmdə həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, xidmətin aparılması ilə əlaqədar konkret tapşırıqlarını verərək, şəxsi heyətə bu məsuliyyətli işdə uğurlar arzulayıb, qarşıya qoyulmuş tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyinə əminliyini bildirib.
Elmin
Həftəsonu bu yollar bağlı olacaq - XƏBƏRDARLIQ - FOTOLAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI
Sürücülərin NƏZƏRİNƏ: Sabahdan İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Yusufla birgə hamamda zəhərlənən qız sosial şəbəkədə məşhur imiş
Zelenskinin İrəvana rəsmi səfəri Rusiya-Ermənistan münasibətlərinə təsir edəcək? - POLİTOLOQ
Sabah bu yollar bağlı olacaq - SİYAHI
Səbaildəki lyuklardan şikayət olundu; qurum hərəkətə keçdi – FOTO - VİDEO
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ












