Banner

Generalın qızı məhkəməyə gətirildi; halı pisləşdi - FOTO - YENİLƏNİB

Gündəm 12 Noyabr 2026 13:53
Generalın qızı məhkəməyə gətirildi; halı pisləşdi - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

General mayor Natiq Əliyevin qızı Türkər Əliyeva artıq Sumqayıt şəhər Məhkəməsinə gətirilib. 

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Türkər Əliyeva halı pisləşdiyindən təcili yardım çağırılıb.

Yaxın dəqiqələr də Türkər Əliyevanın hakim qarşısına çıxarılması gözlənilir. 

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

*** 12:37

Xəbər verdiyimiz kimi general-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva dələduzluqda şübhəli bilinərək saxlanılıb.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, general qızı təqsirləndirilən şəxs qismində cəlb olunub və Sumqayıt şəhər məhkəməsinə çıxarılır.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb.

 

Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi (YENİLƏNİB-FOTO)

***09:23

General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb.

Avtosfer.az xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir.

İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdən külli miqdarda pul alıb. O, vətəndaş şikayəti əsasında prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub, dünən gecədən istintaq nəzarətindədir.

Şikayətçi iddia edir ki, torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə ondan külli miqdarda pul alıb.

Hələlik onun barəsində məhkəmə qərarı yoxdur. O, təqsirləndirilən şəxs qismində cəlb edilərsə, gün ərzində hakim qarşısına çıxarılacaq.

T.Əliyevanın şübhəli bilindiyi Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsində 500 min manatdan çox ziyan vurmaq nəzərdə tutulur. Əməlin cəzası 10 ildən 14 ilə kimi həbsdir.

Qeyd edək ki, Türkər Əliyeva Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun, sonradan isə eyni nazirliyin Tibb xidmətinin rəisi işləmiş general-mayor Natiq Əliyevin qızıdır.

General qızı bir müddətdir müxtəlif qalmaqallarla medianın gündəmindədir. Bu yaxınlarda o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində idarə rəisi və bir əməkdaşın ona qarşı qanunsuzluq və təhqirlərə yol verdiyini iddia etmişdi. Sonradan həmin idarə rəisi vəzifəsindən azad edilib. /Qafqazinfo

General Natiq Əliyevin qızı saxlanıldı - Foto

Oxunub : 736
ŞƏRH YAZ
Ad

E-mail

Şərh