Geomaqnit qasırğaları insanın sağlamlığına təsir göstərə bilər

Geomaqnit qasırğalarının Yer üzündə həyat fəaliyyətinə təsir göstərməsi barədə fərziyyələr çoxdan məlumdur. Rusiyalı tədqiqatçılar kosmosun unsan sağlamlığını dəyişə bilməsi barədə yeni tədqiqatlar aparıblar. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, Rusiya Elmlər Akademiyası Sibir bölməsinin Y.Q.Şafer adına Yakutsk İnstitutundan olan alimlər Yakutiyada yarım il ərzində aparılmış tədqiqatlar əsasında ürək-damar sistemi xəstəlikləri ilə geomaqnit qasırğaları arasında birbaşa əlaqə olmasını müəyyən ediblər. İnstitutun əməkdaşları edirlər.
Geomaqnit qasırğaları ilə bağlı təbiət hadisələri barədə məlumatları region üzrə təcili tibbi yardım işçilərinin çağırışlarla bağlı qeydiyyat məlumatları ilə müqayisə edən alimlər insult, infarkt, hipertonik kriz və digər ürək xəstəlikləri ilə əlaqədar statistikanı təhlil edərək bu qənaətə gəliblər ki, məhz geomaqnit fəallığı artan dövrlərdə həkimlərə müraciətlərin sayı çox olur.
Tibb müəssisələrinin statistik məlumatlarını öyrənmək üçün təqribən 144 min nəfərə aid məlumatlar təhlil edilib. Araşdırmanın nəticələri "Kosmik havanın biotrop təsiri" adlı elmi iş şəklində dərc olunub. Bu işdə geomaqnit fəallığı günlərində qanın özlülüyünün və onun mikrosirkulyasiyasının dəyişmələri təsvir edilir.
Onu da qeyd etmək lazımdır ki, alimlərin heç də hamısı yakutiyalı həmkarlarının gəldiyi nəticələrlə razılaşmırlar. Məsələn, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində Saxa Respublikasından olan elmi qrupun işi barədə tənqidi fikir söyləyiblər. Paytaxt ekspertləri əmindirlər ki, sözügedən araşdırmada göstərilən statistikaya belə bir fakt təsir göstərib: İnsanlar səhhətinin pisləşməsini çox vaxt hava şəraitinin dəyişməsi ilə izah etməyə meyilli olur, halbuki, bəzən belə hallar meteoroloji şəraitlə əsla bağlı olmur.
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA










