Gömrükçülər 4 kq tiryək aşkar ediblər - FOTO

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə İrandan Azərbaycana qeyri-qanuni yollarla gətirilmiş narkotik vasitələrin realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub. Komitədən Avtosfer.az-a verilən xəbərə görə, Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan vətəndaşı Nəcəfov Pərviz Nəcəf oğlu sellofan torbada narkotik vasitə olan bağlamaları şərti alıcıya satmaq istəyərkən əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılıb. Baxış zamanı vətəndaşa məxsus torbanın içərisində 9 ədəd uzunsov formalı, şəffaf rəngli polietilen bağlamalarda qablaşdırılmış spesifik qoxuya malik, cəmi çəkisi 4188 qram narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
P.Nəcəfovun 4188 qram narkotik vasitə olan tiryəki İran vətəndaşı Kamran adlı şəxsdən əldə etdiyi müəyyənləşdirilib. Bu istiqamətdə həyata keçrilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin vətəndaşın şəxsiyyəti dəqiqləşdirilərək Masrour Kamran Seifollah oğlu olduğu müəyyən edilib. Daha sonra əməliyyat tədbirləri davam etdirilib və Masrour Kamran Seifollah oğlu Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postundan keçməklə ölkə ərazisini tərk etmək istəyərkən gömrük əməkdaşları tərəfindən saxlanılıb və Əməliyyat-İstintaq Baş İdarəsinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılaraq hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Namiq
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA












