Gömrükçülər külli miqdarda dərman preparatları aşkar ediblər - FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib.
Məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətini "Yaşıl dəhliz" buraxılış sistemi vasitəsilə keçərkən saxlanılıb və "Qırmızı dəhliz"ə yönləndirilərək ona məxsus çantalara rentgen aparatı ilə baxış keçirilib. Baxış zamanı şübhəli təsvirlər müşahidə olunduğundan çamadanlar yoxlanılıb və vətəndaşa məxsus baqajın içərisindəki şəxsi geyim əşyaların arasından sellofan paketə bükülmüş qutuda qablaşdırılan, hər birində 10 həb olmaqla, 470 konvalyut "Novartis Femara 2.5 mg" markalı dərman preparatı və həmin dərmanlara aid boş qutular aşkarlanıb. Yoxlama zamanı həmin şəxsə məxsus digər baqajın içərisində isə hər birində 10 həb olmaqla 343 konvalyut "Novartis Femara 2.5 mg" markalı dərman preparatları aşkar edilib.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert arayışına əsasən, tədqiqata təqdim edilmiş 1 ədəd konvalyutda ümumi 10 ədəd həb, üzərində "Novartis Femara 2,5 mg" sözləri yazılmış, sarı rəngli dairəvi formalı həblər letrozol tərkibli dərman preparatıdır və bu dərman preparatının 813 konvalyutunun qiyməti 47 967 manat müəyyən edilib ki, bu da külli miqdar hesab olunur.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Prezident "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb
Yollarda görünüş məhdudlaşacaq - 300-800 metrədək
Rus oliqarxın 500 milyonluq superyaxtası Hörmüzdən keçdi
Zelenskinin Azərbaycanla bağlı təklifinə Moskvadan reaksiya
İlham Əliyevin sosial şəbəkə hesabında Zelenskinin səfəri ilə bağlı VİDEO PAYLAŞILDI
Azərbaycan Ukraynaya 5 sərnişin avtobusu verdi - FOTOLAR
Gələn həftə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Avtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin "müəmmalı" taleyi - VİDEO
Yeni yarasa virusu və yeni pandemiya riski XƏBƏRDARLIĞI
İrəvandan təxribat - Bakı hərəkətə keçdi










