Gömrükçülər rekord miqdarda fil dişi müsadirə ediblər

Çinin gömrük xidmətinin əməkdaşları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən təxminən 7,5 ton fil dişini müsadirə ediblər. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu, ölkə tarixində ən böyük miqdarda qaçaqmalçılıq yolu ilə gətirilən fil dişi müsadirəsidir. Əməliyyat zamanı 20 nəfər şübhəli şəxs kimi saxlanılıb. Administrasiyanın sədr müavini Xi Vey bildirib ki, Çin gömrükçüləri il ərzində fil dişi qaçaqmalçılığı ilə bağlı 53 əməliyyat keçirərək, 8,5 ton fil dişi və ya ondan hazırlanan məhsulu müsadirə ediblər.
Qeyd edək ki, Çin qanunlarına əsasən, qiymətli heyvanların orqan və hissələrinin ümumi dəyəri 1 milyon yuandan çox olan qaçaqmalçılığına görə ən azı 10 il, bəzən isə ömürlük azadlıqdan məhrumetmə cəzası verilir. Çin hökuməti ötən il fil dişi ticarətinə qadağa qoyub.
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO












