Gömrükdə İran vətəndaşı saxlanılıb - FOTO

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla gələn həmin ölkə vətəndaşı Nıkjou Tapeh Bahram Mousa "Biləsuvar" gömrük postunda saxlanılıb və şifahi sorğu-sual edilib.
Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, sorğu-sual zamanı ona üzərində qanunla qadağan olunan hər hansı predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olub-olmaması soruşulub. Vətəndaş isə üzərində qanunla qadağan olunan heç bir predmetin olmadığını bildirib.
Lakin onun hərəkətləri gömrükçülərdə şübhə yaratdığından üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı daxili orqanında narkotik vasitə gizlətdiyi ehtimal edilən vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəstəxanada rentgen müayinəsindən keçirilərkən onun daxili orqanı - düz bağırsağında yad predmetlərin olduğu görünüb.
Bundan sonra Nıkjou Tapeh Bahram Mousanın düz bağırsağında gömrük nəzarətindən gizlədilən, selofana bükülü 7 ədəd büküm aşkar edilib. Bükümlərdən 6 ədədinin içərisində qablaşdırılması ilə birgə ümumi çəkisi 415 qram narkotik vasitə - heroin, digər 1 ədəd bükümdə isə üzərində F/M40 nişanəsi olan 20 ədəd metadon adlı həb olduğu müəyyən edilib.
Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Ekspert yol hərəkəti təhlükəsizliyi sahəsindəki problemləri sadaladı











